Konfrans Liqası: "Neftçi" - "Makkabi" matçında 6 qol, "Qarabağ" "Aberdin"i məğlub etdi
Azərbaycan təmsilçiləri "Qarabağ" və "Neftçi" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyunlarına çıxıb.
Sportline.az xəbər verir ki, hər iki komanda birinci matçlarını Bakıda keçirib.
Ağdam klubu Tofiq Bəhramov adına Respublika stadionunda Şotlandiya "Aberdin"ini qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.
"Neftçi" isə "Bakcell Arena"da İsrailin "Makkabi" (Hayfa) komandası ilə qarşılaşıb və hesab 3:3 olub.
Qeyd edək ki, komandalar arasında cavab matçları avqustun 26-da olacaq.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyunlar
20:00. "Qarabağ" - "Aberdin" (Şotlandiya) 1:0
Qol: Xayme Romero, 30
Hakimlər: Rade Obrenoviç, Yure Prorotnik, Aleksandr Kasapoviç, Asmir Saqrkoviç (Sloveniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
21:00. "Neftçi" - "Makkabi" (Hayfa, İsrail) 3:3
Qollar: Omar Atzili, 9 (0:1), Yusuf Laval, 50 (1:1), 66 (2:1), Emin Mahmudov, 72 (3:1), Tyarron Çerri, 78 (3:2), 90+6 (3:3)
Hakimlər: Uilli Delajo, Mehdi Rəhmani, Ervan Kristof Fincin, Tomas Leonar (Fransa)
Bakı. "Bakcell Arena" stadionu