Konfrans Liqası: "Qarabağ" qrupda, "Neftçi" dayandı

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən "Neftçi" və "Qarabağ" klubları bu gün pley-off mərhələsində cavab oyunlarını keçirib.

Sportline.az xəbər verir ki, "ağ-qaralar" İsraildə Hayfa "Makkabi"sinin, "köhlən atlar" isə Şotlandiyada "Aberdin"in qonağı olub.

Bakıdakı ilk qarşılaşmada rəqibi ilə 3:3 hesablı heç-heçə edən flaqman səfərdə qələbə qazanıb, qrupa düşməyə çalışsa da, bu, alınmayıb. 0:4 hesab ilə uduzan "Neftçi" Konfrans Liqası ilə vidalaşıb.

Təmsilçilərimizdən "Qarabağ" səfərdə "Aberdin"lə qarşılaşıb. Bakıda keçirilən ilk matçda 1:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi Şotlandiyada da 3:1 hesablı qələbə qazanaraq qrup mərhələsinə yüksəlib.

UEFA Konfrans Liqası

Pley-off mərhələsi, cavab oyunları

21:00."Makkabi" (Hayfa, İsrail) - "Neftçi" (Azərbaycan) - 4:0
Qollar: 
Menaçem, 20 (1:0) Atzili, 45+2 (2:0), Haziza, 53-pen. (3:0), Abu Fani, 69 (4:0)

Hakimlər: Aleksandr Stavrev, Deyan Kostadinov, Qoçe Peterski, Deyan Yakimovski (Şimali Makedoniya)

Hayfa, "Sammi Ofer" stadionu

İlk oyun - 3:3.

22:45. "Aberdin" (Şotlandiya) - "Qarabağ" 1:3
Qollar:
 Toral Bayramov, 8 (0:1), Malinovski, 18 (0:2), Zubir, 72 (0:3), Ferqyuson, 90+2 (1:3)

Hakimlər: Harald Lexner, Andreas Haydenrayx, Maksimilian Kolbiç, Yulian Vaynberger (Avstriya)

Aberdin, "Pittodri" stadionu

İlk oyun - 0:1