Konor Makqreqor "Kovboy"a qarşı
MMA üzrə UFC 246 seriyalı yarışda məşhur irlandiyalı döyüşçü Konor Makqreqor və amerikalı Donald Serrone qarşılaşacaq.
Sportline.az xəbər verir ki, 31 yaşlı Makqreqor bundan əvvəlki görüşlərində amerikalı Floyd Meyvezerə 10 raundluq döyüşdə texniki nokautla, rusiyalı Həbib Nurməhəmmədova 4-cü raundda boğucu fəndlə məğlub olmuşdu. Donald Serronenində də sonuncu döyüşlərində vəziyyət eynidir. O, həmyerliləri Toni Ferqyusona və Castin Qeydciyə uduzub.
Konor Makqreqor və Donald Serrone bir-biriləri ilə heç vaxt qarşılaşmayıblar. İrlandiyalı peşəkar döyüşçü karyerası ərzində ümumilikdə 25 döyüşə çıxıb. Onların 21-də qalib gəlib, 4-də isə məğlub olub. Rəqibindən 2 dəfə çox görüş keçirən Donald Serrone 50 qarşılaşmanın 36-da qələbə qazanıb, 13-də isə məğlub olub. Serronenin yalnız 1 döyüşündə, hakimlərin qərarı ilə nəticələri ləğv edilib.
Görüş sabah səhər 8-də başlanacaq.