Konor Qallaherin transfer qiyməti açıqlanıb
"Atletiko Madrid" Konor Qallaherin transfer qiymətini açıqlayıb.
Sportline.az xəbər verir ki, Madrid təmsilçisi 25 yaşlı yarımmüdafiəçi üçün 60 milyon avro tələb edir.
Bu haqda "Fichajes" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, "Mançester Yunayted" Qallaheri transfer etmək üçün hərəkətə keçib.
Qeyd edək ki, "Çelsi"nin sabiq futbolçusu bu mövsüm meydana çıxdığı 16 matçda 1 qolla yadda qalıb.