"Konyaspor" niderlandlı futbolçu ilə razılığa gəlib

Türkiyə klublarında "Konyaspor" heyətini müdafiəçi ilə gücləndirəcək.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Super Liqa təmsilçisi "AZ Alkmar"da çıxış edən Riçedli Bauzeri heyətinə qatmağa hazırlaşır.

27 yaşlı futbolçu sabah Konyaya gələrək yeni klubu ilə 2 illik müqavilə imzalayacaq.

2022-ci ildən "AZ Alkmar"da oynayan Buezer meydana çıxdığı 68 oyunda 2 asistlə yadda qalıb.

Qeyd edək ki, "Konyaspor" yerli çempionatda 4 turdan sonra 4 xal toplayıb.