"Kopenhagen"lə matç "Qarabağ" üçün çox vacibdir"

"Kopenhagen"lə matç "Qarabağ" üçün çox vacibdir".

Sportline.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Leandro Andrade mətbuat konfransında deyib.

Yarımmüdafiəçi Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Azərbaycan xalqını sevindirməyə çalışacağıq. Yenidən bunu etmək şansımız var. Bizim üçün çox vacib matçdır".

Oyunçu stadionun onlar üçün çox münasib olduğunu söyləyib:

"Meydanda bacardığımızı etməyə çalışacağıq. Rəqib əla komandadır. Çempionlar Liqasında zəif klub yoxdur. Qalibiyyət üçün hər şey edəcəyik. Tam olaraq bu görüşə köklənmişik".

Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.