Koronavirusa görə Türkiyədən qaçdı

Türkiyə Superliqasında yarışan "Dənizlispor"un futbolçusu Modu Berrou komandanın düşərgəsini tərk edib.
 
Sportline.az "Hürriyət"ə istinadən xəbər verir ki, qambiyalı hücumçu koronavirus pandemiyası ilə bağlı ailəsinin yanında olmaq üçün vətəninə yollanıb.
 
Bildirilir ki, 28 yaşlı forvard maaşını ala bilmədiyi üçün daha əvvəl 2 dəfə komandadan ayrılmaq istəsə də, klubla razılığa gələ bilməyib.