Koronavirusa yoluxan futbol hakimimizin son durumu

Türkiyədə koronavirusa yoluxmuş azərbaycanlı futbol hakimi İsa Məmmədovun 2 həftəlik karantin müddəti başa çatıb.

Sportline.az xəbər verir ki, bu barədə "Report"a 20 yaşlı referinin özü məlumat verib. O, artıq tam sağaldığını bildirib: "Hər şey yaxşıdır, özümü normal hiss edirəm. Tam olaraq dad və qoxuları hiss edirəm. Dünən karantin dövrü başa çatdı".

İ.Məmmədovun sözlərinə görə, artıq ondan koronavirusla bağlı analiz götürməyəcəklər: "Özümü narahat hiss etsəm, zəng edəcəyəm, gəlib yoxlayacaqlar", - hakim deyib.

Qeyd edək ki, İsa Məmmədov Karabük Universitetinin Bədən tərbiyəsi və idman fakültəsində İdman idarəçiliyi ixtisası üzrə III kursda təhsil alır.