Kostiç Türkiyə klubunda oynayacaq
"Yuventus"un yarımmüdafiəçisi Filip Kostiç karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Маттео Моретто X sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, 31 yaşlı serbiyalı hazırda "Fənərbağça" ilə danışıq aparır.
Onun həm icarə əsasında, həm də, tam transfer hüququ ilə "sarı-lacivərtli" düşərgəyə qoşulmaq ehtimalı var.
Qeyd edək ki, Kostiç İstanbulun digər nəhəngi "Qalatasaray"ın da maraq dairəsindədir.
Transfermarkt portalında onun dəyəri 6,5 milyon avro kimi göstərilir.