Koutinyo "Barselona" formasında
Filipe Koutinyo bu gün “Barselona” azarkeşləri önünə çıxıb.
Sportline.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ilə bu gün 5,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, kataloniyalılar onun transferi üçün “Liverpul”a ümumilikdə 160 milyon avro ödəyəcəklər.