Koutinyo MLS-də çıxış etmək istəyir
Azad agent statusunda olan Filippe Koutinyo karyerasını MLS-də davam etdirmək niyyətindədir.
Sportline.az xəbər verir ki, "La Qalaksi" brazilyalı futbolçunu heyətinə qatmaq istəyir.
Bu haqda "Diario As" nəşri məlumat yayıb.
Qeyd edək ki, Koutinyo cari mövsüm meydana çıxdığı 7 matçda 3 qol, 1 asistlə yadda qalıb.
33 yaşlı oyunçunun son klubu "Vasko da Qama" olub.