Krasnodarda "Spartak" fanatının ölüm səbəbi açıqlandı
Ötən gün Rusiya Premyer Liqasının "Krasnodar" - "Spartak" (2-2) matçı faciə ilə də yadda qalacaq. Sportline.az sovsport.ru-ya istinadən xəbər verir ki, "Spartak" komandasının 20 yaşlı stavropollu fanatı trolleybusun altında qalaraq dünyasını dəyişib. Qeyd edək ki, Krasnodarda keçirilən matçı Rusiyanın müxtəlif şəhərlərindən gələn 15 minə yaxın "spartakçı" izləyib.
