"Kristal Pelas" "Mançester Siti"dən futbolçu alır
"Kristal Pelas" yeni mərkəz müdafiəçisi axtarışına çıxıb.
Sportline.az xəbər verir ki, "Mançester Siti"nin belçikalı futbolçusu Natan Ake əsas namizəd kimi göstərilir.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
30 yaşlı oyunçunun dəyəri 25 milyon avrodur.
Qeyd edək ki, "Mançester Siti" Akeni satmağa razıdır.