“Kristal Pelas”dan “Mançester Siti”yə təklif var

“Kristal Pelas” “Mançester Siti”nin niderlandlı stopperi Natan Akeni transfer etməyə çalışır.

Sportline.az xəbər verir ki, bu haqda “Team Talk” nəşri məlumat yayıb.

London təmsilçisi bu keçid üçün qarşı tərəfə 20 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, N.Akenin “Mançester Siti” ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.