“Kristal Pelas”ın gözü Villokun üzərindədir
“Nyukasl Yunayted”in ingiltərəli yarımmüdafiəçisi Co Villok “Kristal Pelas”ın diqqət mərkəzindədir.
Sportline.az “Football İnsider”a istinadən xəbər verir ki, London klubu 26 yaşlı futbolçu üçün yanvar ayında rəsmi təklif göndərəcək.
C.Villok menecerinə klubdan ayrılmaq istədiyini söyləyib. Buna səbəb az forma şansı əldə etməsidir.
Qeyd edək ki, sözügedən oyunçu bu mövsüm 9 rəsmi oyunda iştirak edib və aktivində 1 asist var.