Kubo London klubuna transfer olur

"Tottenhem" "Real Sosyedad"ın yaponiyalı futbolçusu Takefuso Kubonu transfer etmək niyyətindədir.

Sportline.az xəbər verir ki, "mahmızlar" yanvar ayında İspaniya klubuna rəsmi təklif göndərəcək.

"Football İnsider" nəşrinin yaydığı məlumata görə, "Real Sosyedad"ın rəhbərliyi Kubo üçün 52 milyon avro tələb edir.

Qeyd edək ki, Takefuso Kubo bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 10 oyunda 1 qolla yadda qalıb.