Kubokun yarımfinal və finalının tarixi

Almaniya Futbol İttifaqı (DFB) ölkə kubokunda yarımfinal və final oyunlarının vaxtını açıqlayıb.

Sportline.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 1/2 final görüşləri 9-10 iyunda keçiriləcək.

Kubokda həlledici qarşılaşma isə iyulun 4-nə təyin olunub.

Yarımfinalda "Bavariya" evdə "Ayntraxt"la, "Saarbrükken" isə "Bayer"lə üz-üzə gələcək.

Almaniya kubokunun finalı daha əvvəl mayın 23-nə nəzərdə tutulsa da, sonradan federasiya görüşü qeyri-müəyyən müddətədək təxirə salmışdı.

Qeyd edək ki, Almaniya Bundesliqası mayın 16-da Dortmund "Borussiya" və "Şalke" arasındakı Rur derbisi ilə start götürəcək.