Kunde "Barselona"da qalacaq
"Barselona"nın sağ cinah müdafiəçisi Jul Kunde yayda klubdan ayrılmayacaq.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Matteo Moretto məlumat yayıb.
27 yaşlı futbolçu 2022-ci ildən Kataloniya klubunda çıxış edir.
Qeyd edək ki, J.Kunde cari mövsüm meydana çıxdığı 40 matçda 3 qol, 4 asistlə yadda qalıb.