Kurtua: "Atletiko" ağlamağı dayandırsın"
"Real Madrid"in belçikalı qapıçısı Tibo Kurtua "Atletiko" ilə matçdan sonra jurnalistlərə müsahibəsində maraqlı açıqlaması ilə gündəmə gəlib.
Sportline.az xəbər verir ki, Kurtua "Atletiko Madrid"lə bağlı bu fikirləri səsləndirib;
"UEFA düzgün qərar verdi. Xuliyan Alvarezin hər iki ayağı birdən topa təmas etmişdi. Bu qaydalar çərçivəsində deyil. Onlar ağlamağı dayandırsın", - deyə Kurtua bildirib.
Qeyd edək ki, ÇL-in 1/8 final mərhələsinin "Atletiko" və "Real" arasında keçirilən cavab matçında Karlo Ançelottinin rəhbərlik etdiyi komanda penaltilər seriyasında qələbə qazanaraq (4:2) 1/4 finala yüksəlib.