Kutlu Türkiyə klubuna qutlu olsun

"Kasımpaşa"nın yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Hakan Kutlu təyin edilib. O, istefaya göndərilən Cihat Arslanı əvəzləyib.

Qeyd edək ki, "Kasımpaşa" Türkiyə Superliqasında 6 xalla 19-cu pillədə qərarlaşıb.