Kvaratsxeliya Fransa nəhənginin hədəfindədir

“Napoli” klubunun gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliyanın mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.

Sportline.az “La Gazetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, PSJ-nin rəhbərliyi Xviça üçün “Napoli” klubuna 90 milyon avro ödəməyə hazırdır.

X.Kvaratsxeliyanın “Napoli” klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayınadək nəzərdə tutulub.

Qeyd edək ki. Xviça Kvaratsxeliya bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 14 matçda 5 qol və 2 asistlə yadda qalıb.