Kyeza "Liverpul"u tərk edir
"Liverpul" italiyalı futbolçusu Federiko Kyeza ilə bağlı qərar verib.
Sportline.az xəbər verir ki, Mersisayd klubu 27 yaşlı futbolçunu satmaq istəyir.
Bu haqda insayder Fabritsio Romano öz "X" hesabında paylaşım edib.
Kyezada karyerasını yenidən İtaliyada davam etdirmək niyyətindədir.
Qeyd edək ki, "Milan" və "Napoli" sözü gedən futbolçu ilə yaxından maraqlanır.