Kyeza üçün Ada futbolu uğursuz oldu

"Liverpul"un italiyalı futbolçusu Federiko Kyeza yanvar ayında klubdan ayrılacaq.

Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, Mersisayd klubu Kyezanın çıxışından narazıdır. Oyunçunun tez-tez zədələnməsi rəhbərlik tərəfindən etirazla qarşılanıb.

27 yaşlı futbolçu bu ilin avqust ayında "Yuventus"dan "Liverpul"a 12 milyon avro qarşılığında transfer olunmuşdu.

Qeyd edək ki, F.Kyeza "Liverpul"la 2028-ci ilin iyun ayına qədər müqavilə imzalayıb.

Onun hazır ki dəyəri "Transfermarkt" portalına görə 22 milyon avrodur.

Kyeza cari mövsüm çıxış etdiyi 4 matçda 1 asistlə yadda qalıb.