La Liqa derbi ilə bərpa olunacaq

İspaniya La Liqası, iyunun 12-də, "Betis" - "Sevilya" görüşü ilə bərpa olunacaq.
 
Sportline.az "El Partizado de Cope"yə istinadən xəbər verir ki, mövsümün bərpası haqqında qərar mayın 28-də rəsmən açıqlanacaq.
 
Qeyd edək ki, İspaniya çempionatı koronavirus pandemiyasına görə, 27 - ci turdan sonra dayandırılıb.
 
Yarış cədvəlinin lideri "Barselona", ən yaxın izləyicisi "Real"ı iki xal qabaqlayır.