La Liqada ayın ən yaxşı məşqçisi açıqlandı

İspaniya La Liqasında aprel ayının ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib.

Sportline.az xəbər verir ki, "Malyorka"nı çalışdıran Martin Demişelis ayın ən yaxşısı seçilib.

Argentinalı mütəxəssis son səsvermədə Almada ("Ovyedo") və Hans Fliki ("Barselona") məğlub edərək mükafatı qazanıb.

Qeyd edək ki, "Malyorka" apreldə La Liqada keçirdiyi 3 oyunda 2 qələbə qazanıb, 1 heç-heçə edib.