La Liqaya yeni klub gəlir

Növbəti mövsüm La Liqada çıxış edəcək daha bir klubun adına yadınlıq gəlib. SportLine.az xəbər verir ki, Sequndanın 41-ci turunda səfərdə "Saraqosa" ilə heç-heçə edən (0:0) "Jirona" ikinciliyi təmin edib. Bununla da, sona bir tur qalmış "Jirona" La Liqaya vəsiqə qazanıb. 

Qeyd edək ki, bu komanda tarixində ilk dəfə elitada çıxış edəcək.