"La Qalaksi" klubu "Fənərbağça"nın ulduzunu transfer etmək istəyir
ABŞ-ın "La Qalaksi" ki klubu "Fənərbağça"nın bosniyalı futbolçusu Edin Ceko üçün elçi düşüb.
Sportline.az "Takvim" qəzetinə istinadən xəbər verir ki, "La Qalaksi" Cekonu yanvar ayında heyətinə qatmaq istəyir.
ABŞ klubunun rəhbərliyi Ceko üçün "Fənərbağça"ya 5 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, 38 yaşlı futbolçunun "Fənəbağça" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
Edin Ceko bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 25 matçda 14 qol və 2 asistlə yadda qalıb.