Laçında ilk futbol matçı keçirilib
32 illik həsrətdən sonra yenidən doğma sakinlərinə qovuşan Laçında ilk futbol matçı keçirilib.
Sportline.az-a verilən məlumata görə, şəhərin işğaldan azad olunmasının 4-cü ildönümünə həsr olunan oyunda Laçının “Mərkiz” və Beyləqanın “Mil” komandası üz-üzə gəlib.
Qarşılaşma yerli azarkeşlərin böyük marağına səbəb olub.
Şəhid və qazi ailələrinin üzvlərinin də izlədiyi görüş, qonaq komandanın qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, həvəskarlardan ibarət “Mərkiz” komandası azarkeşlərini növbəti yoldaşlıq oyunları ilə sevindirməyi planlaşdırır.