Kramarenko karyerasını bitirmək istəyir
Futbol üzrə milli komandamızın sabiq qapıçısı Dmitri Kramarenkonun qızı Lala Kramarenko dizindəki zədə üzündən karyerasını bitirmək istəyir.
Sportline.az xəbər verir ki, bədii gimnastika üzrə Avropa çempionu bu haqda özü danışıb.
"Zədədən sonra bərpa prosesi keçirəm. Bunun necə alınacağına baxacağıq. Tam bərpa olunsam, çıxışımı davam etdirəcəm. Əks halda peşəkar karyeramı bitirməli olacağam", - deyə Kramarenko TASS-a açıqlamasında vəziyyətə aydınlıq gətirib.
Qeyd edək ki, 20 yaşlı idmançı 2021-ci ildə komanda yarışlarında Avropa çempionu adına layiq görülmüşdü.
Bundan əlavə o, yeniyetmələr arasında üçqat dünya çempionudur.