“Lans”ın futbolçusu “Roma”ya transfer olub
"Lans"ın mərakeşli futbolçusu Neil El Aynaoyi karyerasını "Roma"da davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
İtaliya klubu bu keçid üçün 23+2 milyon avro ödəyəcək.
Qeyd edək ki, transfer gələn həftə rəsmləşəcək.