"Latsio" klubunun azarkeşləri "Ayaks"la matça buraxılmayacaq
"Latsio" klubunun azarkeşləri UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda "Ayaks"la Niderlandda baş tutacaq oyuna buraxılmayacaq.
Sportline.az xəbər verir ki, bu barədə Amsterdam şəhər administrasiyasının saytı məlumat yayıb.
Qərar Amsterdam rəhbərliyi, həmçinin polisi və baş prokrorluğu tərəfindən qəbul edilib. Buna səbəb kimi ifrat sağçı antisemit, irqçi ifadələr və ictimai iğtişaş risklərinin həddindən artıq yüksək olması göstərilib. "Latsio" azarkeşlərinin bəzilərinin ifrat sağçı və faşist simpatiyanları, həmçinin antisemit və irqçi ifadələri ilə tanındığı qeyd olunub.
İtaliya klubu Amsterdam hakimiyyətinin qərarını ayrı-seçkilik və təhqiredici adlandıraraq narazılığını bildirib.
Qeyd edək ki, "Ayaks" - "Latsio" matçı dekabrın 12-də keçiriləcək.