Latviyadan Azərbaycana əsgər salamı

Latviyanın “Dauqavpils" klubunda çıxış edən azərbaycanlı futbolçu Orxan Qurbanlı yeni komandasında ilk qolunu vurub. SportLineaz xəbər verir ki, matçın 19-cu dəqiqəsində digər azərbaycanlı futbolçu Mirabdulla Abbasovun ötürməsini qola çevirib. Diqqət çəkən məqam isə Orxanın qoldan sonra, ermənilərlə döyüşdə şəhid olan hərbçilərimizin xatirəsinə əsgər salamı verməsi olub.