Leao Mançester şəhərinə köçə bilər
"Mançester Yunayted"in əsas hədəflərində biri Rafael Leaodur.
Sportline.az xəbər verir ki, bu haqda "Caught Offside" nəşri məlumat yayıb.
26 yaşlı sol cinah vingeri "Milan"ın rəhbərliyi ilə münasibətləri yaxşı deyil. Bu səbəbdən yayda klubdan ayrılmaq niyyətindədir.
Qeyd edək ki, Leaonu transfer etmək istəyən klub 75 milyon avro ödəməlidir.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 30 matçda 10 qol, 3 asistlə yadda qalıb.