Leao "Milan"dan ayrıla bilər
"Milan"ın portuqaliyalı futbolçusu Rafael Leao mövsümün sonunda klubdan ayrıla bilər.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Barselona" Leao ilə yaxından maraqlanır.
25 yaşlı futbolçunun hazır ki dəyəri "Transfermarkt" portalına görə 75 milyon avrodur.
Qeyd edək ki, Leaonun "Milan"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O cari mövsüm çıxış etdiyi 32 matçda 9 qol və 7 asistlə yadda qalıb.