Leao "Milan"ı tərk edir?

"Milan"ın portuqaliyalı futbolçusu Rafael Leao "Barselona"nın maraq dairəsinə düşüb.

Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "Barselona" mövsümün sonunda "Milan"a rəsmi təklif göndərəcək.

Leaonun sərbəst qalma məbləği 175 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, 25 yaşlı vinger bu mövsüm çıxış etdiyi 39 matçda 10 qol və 9 asist müəllifi olub.

Onun "Milan"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.