Leao üçün 2 klubdan təklif var
"Milan" portuqaliyalı futbolçusu Rafael Leaonu mövsümün sonunda sata bilər.
Sportline.az "Calciomercato"ya istinadən xəbər verir ki, "Çelsi" və "Barselona" Leao üçün mövsümün sonunda "Milan"a rəsmi təklif göndərəcək.
25 yaşlı vingerin sərbəst qalma məbləği 175 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Leao 2019-cu ilin avqust ayında "Lill"dən "Milan"a 49.5 milyon avro qarşılığında transfer olmuşdu.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 39 oyunda 10 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Leoanun "Milan"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.