Lebron Ceyms NBA rəhbərliyinə səsləndi

"Los-Anceles Leykers"in hücumçusu Lebron Ceyms "Mayami Hit"in oyunçusu Dryu Smitin başına gələn hadisəyə biganə qalmayıb.

Sportline.az xəbər verir ki, o, müntəzəm çempionatın "Klivlend Kavalyers"lə oyununda (129:96) ciddi xəsarət alan həmkarının müdafiəsinə qalxıb.

"Klivlend"in partketi həqiqətən də təhlükəlidir. Bu hadisə deyilənləri bir daha təsdiqlədi. Rəhbərlik bu məsələyə ciddi yanaşmalıdır. Problem həllini tapmalıdır", - deyə o, The Athletic-ə açıqlamasında bildirib.

Qeyd edək ki, ciddi zədələnən Smitin mövsümün sonunadək sıradan çıxdığı bildirilir.