"Leççe" "Mançester Yunayted"in təklifini rədd edib

"Mançester Yunayted" "Leççe"nin danimarkalı futbolçusu Patrik Dorqu üçün 23 milyon avro təklif edib.

Sportline.az insayder Jeremi Krossun məlumatına istinadən xəbər verir ki, "Leççe" bu təklifi qəbul etməyib.

İtaliya klubunun rəhbərliyi P.Dorqu üçün 35 milyon avro tələb edir.

Qeyd edək ki, 20 yaşlı futbolçunun "Leççe" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.