"Leççe"dən "Mançester Yunayted"ə keçə bilər

"Leççe"nin danimarkalı futbolçusu Patrik Dorqu karyerasını "Mançester Yunayted"də davam etdirməyə yaxındır.

Sportline.az insayder Matteo Morettonun məlumatına istinadən xəbər verir ki, Patrik Dorqu 30 milyon avro qarşılığında "Mançester Yunayted"ə transfer olacaq.

20 yaşlı futbolçunun "Leççe" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Patrik Dorqu cari mövsüm çıxış etdiyi 22 matçda 3 qol və 1 asistlə yadda qalıb.