"Leipziq"i "Çelsi"yə dəyişə bilər
"Leipziq"in afrikalı futbolçusu Yan Diomande "Çelsi"nin transfer hədəfinə çevrilib.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Qreymi Beyli öz "X" hesabında paylaşım edib.
18 yaşlı sol cinah vingerinin meneceri London klubu ilə təmas halındadır.
Qeyd edək ki, Y.Diomande cari mövsüm meydana çıxdığı 10 matçda 3 qol, 3 asistlə yadda qalıb.