"Nyukasl Yunayted" mərakeşli oyunçu üçün "Lester Siti" ilə danışıqlara başlayıb
"Nyukasl Yunayted" "Lester Siti"nin mərakeşli hücumameyilli yarımmüdafiəçisi Bilal El Xannusu heyətə cəlb etmək istəyir.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı oyunçunun transfer qiyməti 20 milyon avrodur.
Sözügedən futbolçu hazırda "Ştutqart"da icarə əsasında forma geyinir.
Qeyd edək ki, B.El Xannus bu mövsüm meydana çıxdığı 20 matçda 5 qol, 6 asistlə yadda qalıb.