"Lester"in Ranyeri ilə yeni müqaviləsinin şərtləri

İngiltərənin “Lester” klubu Klaudio Ranyeri ilə müqavilənin müddətini artırıb. SportLine.az xəbər verir ki, italiyalı mütəxəssis 2020-ci ilədək “tülkülər”in uğurları üçün çalışacaq. "Gazzetta dello Sport"un yaydığı xəbərə görə, baş məşqçi ilinə 5 milyon avro qazanacaq.

Xatırladaq ki, Ranyeri 2014-2015-ci illər mövsümündə 14-cü yeri tutan “Lester”i bu il çempionluq zirvəsinə daşıyıb.