Levandovski 35 milyon avro qarşılığında satılacaq
"Barselona" yanvar ayında Robert Levandovskini satmağı planlaşdırır.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubu 37 yaşlı forvard üçün 35 milyon avro ödəməyə hazırdır.
Kataloniya bu təklifə müsbət yanaşır.
Qeyd edək ki, Polşa millisinin üzvü gələn ilin yayında azad agent statusunda olacaq.