Levandovski "Barselona" klubunu tərk etmək niyyətində deyil
"Barselona"nın forvardı Robert Levandovski klubdan ayrılmaq niyyətində deyil.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Kerri Hau məlumat yayıb.
37 yaşlı futbolçu Səudiyyə Ərəbistanı klublarından gələn təklifləri rədd edib.
Qeyd edək ki, R.Levandovski cari mövsüm meydana çıxdığı 27 matçda 12 qol, 3 asistlə yadda qalıb.