Levandovski daha bir mükafata doğru gedir

Almaniya "Bavariya"sının futbolçusu Robert Levandovski "Qızıl buts" uğrunda mübarizədə vahid liderə çevrilib.

Sportline.az xəbər verir ki, polşalı hücumçu "Fortuna" ilə Bundesliqanın XXIX tur matçında dubl edərək, qollarının sayını 29-a çatdırıb. O, İtaliya "Latsio"sunda çıxış edən ən yaxın izləyicisi Çiro İmmobileni 2 top geridə qoyub.

1. Robert Levandovski ("Bavariya", Almaniya) - 29 qol (58 xal)

2. Çiro İmmobile ("Latsio", İtaliya) - 27 (54)

3. Timo Verner ("Leyptsiq", Almaniya) - 24 (48)

4. Erlinq Holand ("Borussiya" Dortmund, Almaniya) - 26 (44)

5. Kriştianu Ronaldu ("Yuventus", İtaliya) - 21 (42)

6. Lionel Messi ("Barselona", İspaniya) - 19 (38)

7. Ceymi Vardi ("Lester", İngiltərə) - 19 (38)

8. Kilian Mbappe (PSJ, Fransa) - 18 (36)

9. Vissam Ben-Yedder ("Monako", Fransa) - 18 (36)

10. Romelu Lukaku ("İnter", İtaliya) - 17 (34)

Qeyd edək ki, Erlinq Holandın mövsümün ilk yarısını keçirdiyi "Zaltsburq"da qol sayı 16, Dortmund "Borussiya"sında 10-dur. Avstriya Bundesliqasında qol əmsalı 1,5-ə, Almaniyada isə 2-yə bərabərdir. Bu səbəbdən, üst-üstə 26 qol vurmasına baxmayaraq, norveçli hücumçunun qol əmsalı 44-dür.