Levandovski gedəcək?

“Barselona” klubu Robert Levandovskinin müqaviləsinin uzadılması ilə bağlı yayılan xəbərlərə baxmayaraq, hələlik ona heç bir rəsmi təklif etməyib.

Sportline.az xəbər verir ki, Levandovski üçün masada konkret təklif yoxdur və yeni müqavilə ilə bağlı klubla futbolçu arasında heç bir əlaqə də baş tutmayıb.

Bundan əlavə, “Barselona” 37 yaşlı hücumçuya növbəti mövsümdə komandadakı rolu ilə bağlı da hər hansı məlumat verməyib. Bu isə onun “Kamp Nou”dakı gələcəyini daha da qeyri-müəyyən edir. 

Qeyd edək ki, futbolçunun müqaviləsi iyun ayında başa çatır.