Levandovski yayda gedir

"Barselona"nın forvardı Robert Levandovski yayda klubdan ayrılacaq.

Sportline.az insayder Fabrizio Romanonun məlumatına istinadən xəbər verir ki, MLS klubları polşalı futbolçunu transfer etmək istəyir.

37 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 37 matçda 16 qol, 3 asistlə yadda qalıb.

Qeyd edək ki, R.Levandovski 2022-ci ildə "Bavariya"dan "Barselona"ya 45 milyon avro qarşılığında transfer olunub.