“Levante”i “Arsenal”a dəyişə bilər

“Levante”nin kamerunlu hücumçusu Karl Etta Eyonq yanvar ayında “Arsenal”a transfer ola bilər.

Sportline.az “Diario Sport”a istinadən xəbər verir ki, London klubu 22 yaşlı oyunçu ilə yaxından maraqlanır.

Sözügedən futbolçunun transfer qiyməti 40 milyon avrodur.

Qeyd edək ki, K.Etta Eyonq bu mövsüm çıxış etdiyi 12 oyunda 6 qol, 3 asistlə yadda qalıb.