“Levante”nin forvardı İngiltərə nəhənglərinin radarındadır

“Levante”nin kamerunlu hücumçusu Karl Etta Eyonq İngiltərə klublarının maraq dairəsinə düşüb.

Sportline.az xəbər verir ki, “Mançester Siti”, “Arsenal” və “Mançester Yunayted” 22 yaşlı futbolçunu heyətinə qatmaqda israrlıdır.

Bu haqda “Mundo Deportivo” nəşri məlumat yayıb.

Qeyd edək ki, Karl Etta Eyonq bu mövsüm meydana çıxdığı 10 matçda 6 qol, 3 asistlə yadda qalıb.