Liam Delap Mersisayd klubunun maraq dairəsindədir
Yayda "Çelsi"dən ayrılacağı gözlənilən Liam Delapa "Everton"dan təklif gəlib.
Sportline.az xəbər verir ki, bu haqda "The Sun" nəşri məlumat yayıb.
23 yaşlı forvardın transfer qiyməti 35 milyon avrodur.
Qeyd edək ki, L.Delap bu mövsüm meydana çıxdığı 39 matçda 2 qol, 4 asistlə yadda qalıb.